Zelenski: "Ukrayna xalqı bunu heç vaxt unutmayacaq!"
“Güclü dəstəyə görə dostum cənab Ərdoğana və Türkiyə xalqına təşəkkür edirəm. Rusiya hərbi gəmilərinin Qara dənizə keçməsinə qadağa qoyulması və Ukraynaya əhəmiyyətli hərbi və humanitar dəstək bu gün son dərəcə vacibdir”.
AYNA xəbər verir ki, bunu Ukraynanın Prezidenti Volodimir Zelenski "Twitter"də yazıb.
“Ukrayna xalqı bunu heç vaxt unutmayacaq!”, - o vurğulayıb.
Qeyd edək ki, bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub.