Həlak olanlar arasında PKK-nin yüksək rütbəli üzvü də var
Türkiyə Silahlı Qüvvələri İraqda PKK-nin mövqelərinə zərbələr endirib, 4 terrorçu məhv edilib.
AYNA xəbər verir ki, bu barədə “Shafaq News” portalı məlumat yayıb.
Məlumata görə, əməliyyat İraqın şimalındakı Nineva əyalətində həyata keçirilib.
Belə ki, Türkiyəyə məxsus pilotsuz təyyarə PKK tərəfdarlarına məxsus avtomobilə zərbə endirib.
Həlak olanlar arasında PKK-nin yüksək rütbəli üzvü də var.
Qeyd edək ki, Türkiyə ötən ilin aprelində Şimali İraqda növbəti sərhədyanı “Pençe Kilit” əməliyyatına başlayıb. Əməliyyatın məqsədi bölgənin terrorçulardan təmizlənməsidir.