“İraqda 11, Suriyanın şimalında 5 PKK terrorçusu məhv edilib”
Türkiyənin ordusu İraq və Suriyanın şimal rayonlarında antiterror əməliyyatı keçirib. AYNA-nın xəbərinə görə, Milli Müdafiə Nazirliyindən verilən məlumata görə, 16 terrorçu zərərsizləşdirilib.
Zərbələr silahlıların İraqın şimalındakı Asos, Hakurk və Qara bölgələrinə, həmçinin Suriyada “Fərat Qalxanı” antiterror əməliyyatı zonasına endirilib.
“İraqda 11, Suriyanın şimalında 5 PKK terrorçusu məhv edilib. Türkiyə Silahlı Qüvvələrinin bölgədəki əməliyyatları sonuncu terrorçu məhv edilənə qədər davam edəcək”, - deyə Milli Müdafiə Nazirliyinin məlumatında vurğulanıb.