Türkiyə Müdafiə Nazirliyi Anım Günü ilə bağlı paylaşım edib

Xəbərlər

27.09.2022 - 21:22

27 sentyabr Azərbaycanda Anım Günüdür

Türkiyənin Milli Müdafiə Nazirliyi 27 sentyabr - Anım Günü ilə bağlı paylaşım edib.

AYNA paylaşım mətnini təqdim edir:

"Qəhrəman Azərbaycan Ordusunun 2 il əvvəl Qarabağda işğal altında olan torpaqların azad edilməsi üçün başladığı və 44 gündə qələbə qazandığı şərəfli mübarizənin ildönümündə qəhrəman şəhidlərimizi hörmət və ehtiramla yad edirik".

Müəllif: Ayna.az