Şirkət rəsmisi: "Bizim üçün aydın bir səbəb olmadan uçuşlar ləğv edilib"
Türkiyə hökuməti “Flyone Armenia” şirkətinə Avropaya uçuşlar üçün hava məkanını bağlayıb
AYNA xəbər verir ki, bu barədə aviaşirkətin direktorlar şurasının rəhbəri Aram Ananyan “Sputnik Armenia”ya məlumat verib.
“Bizim üçün aydın bir səbəb olmadan Türkiyənin hava məkanı vasitəsilə Avropaya uçuşlar ləğv edilib”, - deyə Ananyan bildirib.
O əlavə edib ki, şirkət ləğv edilmiş reyslərin sərnişinlərinə vəziyyət barədə məlumat verəcək.