“BRİKS-ə qoşulmaq Türkiyəyə əhəmiyyətli faydalar gətirəcək”
Türkiyə BRİKS-dən tərəfdaş dövlət, assosiativ üzvü olmaq təklifi alıb. AYNA Türkiyə mediasına istinadən bildirir ki, bu barədə ölkənin ticarət naziri Ömər Bolat deyib.
“BRİKSÜ əməkdaşlıq təşkilatıdır və qlobal ÜDM-in 25%-ni təşkil edən mühüm ölkələri əhatə edir. BRİKS-in populyarlığı getdikcə artır. Türkiyənin BRİKS-ə qoşulması ilə bağlı bizə assosiativ üzvlük təklif olundu. BRİKS-ə qoşulmaq bütün mühüm dünya platformaları ilə əməkdaşlıq baxımından Türkiyəyə əhəmiyyətli faydalar gətirəcək”, - deyə Bolat qeyd edib.