Türkiyə Bolqarıstana nota verib

Dünya

19.11.2021 - 12:57

Həkimlər Klinikalar SEO Xidməti

“Bu cür əsassız ittihamların rəsmi dairələrdə gündəmə gətirilməsi yolverilməzdir”

Noyabrın 14-də Bolqarıstanın Xalq Məclisinə növbədənkənar seçkilər və ölkə prezidenti seçkilərinə Türkiyənin müdaxilə etməsi barədə əsassız iddialar rəsmi Ankaranın kəskin etirazına səbəb olub.

AYNA Türkiyə mediasına istinadən bildirir ki, Bolqarıstanın bu ölkədəki səfiri Xarici İşlər Nazirliyinə çağırılıb.

Nazir müavini Faruk Kaymakcı səfirə etiraz notası təqdim edib. Səfirin diqqətinə çatdırılıb ki, sözügedən seçkilər çərçivəsində Türkiyədə təşkil olunan səsvermə üçün hərtərəfli əməkdaşlıq edildiyi və kömək göstərildiyi halda, bunun daxili işlərə qarışmaq kimi iddia olunması rədd edilir. Bildirilib ki, Türkiyənin Sofiyadakı səfirinin Bolqarıstan XİN-ə çağırılması və bu cür əsassız ittihamların rəsmi dairələrdə gündəmə gətirilməsi yolverilməzdir.

“Avropa İttifaqı və Avropa Şurasının üzvü olan Bolqarıstanın Türkiyədəki vətəndaşlarının seçkilərdə iştirak hüquqlarından istifadə etməsinə belə reaksiya göstərilməsini qəbul etmirik”, - deyə səfirə bildirilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş