Türkiyə-Azərbaycan Universitetinə tələbə qəbulu elan ediləcək

Xəbərlər

21.02.2024 - 16:27

“Əvvəlcə texniki, texnoloji ixtisaslar üzrə qəbul aparılacaq”

Növbəti tədris ilindən Türkiyə-Azərbaycan Universitetinə tələbə qəbulu elan ediləcək. AYNA bildirir ki, bu barədə elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli jurnalistlərə açıqlamasında deyib.

Nazirlik rəsmisi qeyd edib ki, əvvəlcə texniki, texnoloji ixtisaslar üzrə qəbul aparılacaq: "Artıq bu yaydan tələbələr ixtisas seçimində Türkiyə- Azərbaycan Universitetini seçə biləcəklər. Türkiyə universitetləri ilə Azərbaycan universitetləri arasında sıx əməkdaşlıq olacaq".

Müəllif: Ayna.az