Türk Dövlətləri Təşkilatı 20 Yanvarla bağlı paylaşım edib

Xəbərlər

20.01.2022 - 14:36

"Qardaş Azərbaycan xalqının kədərini bölüşürük”

Türk Dövlətləri Təşkilatının tvitter səhifəsində 20 Yanvar faciəsi ilə bağlı paylaşım edilib.

AYNA xəbər verir ki, paylaşımda qeyd olunub: “1990-cı il yanvarın 20-si Azərbaycan üçün təkcə matəm günü deyil, həm də ölkəni müstəqilliyə aparan Şərəf Günüdür. Tarixə “Qara Yanvar” kimi düşən bu gündə canından keçən şəhidlərin xatirəsini ehtiramla yad edir, qardaş Azərbaycan xalqının kədərini bölüşürük”.

Müəllif: Ayna.az