Trüdo Ukraynada Zelenski ilə görüşüb

Dünya

08.05.2022 - 23:45

Ukrayna Prezidenti: “Baş nazir Trüdonun səfəri böyük əhəmiyyət kəsb edir”

Ukraynada səfərdə olan Kanadanın Baş naziri Castin Trüdo Prezident Volodimir Zelenski ilə görüşüb.

AYNA UNİAN-a istinadən bildirir ki, bu barədə Ukrayna Prezidentinin rəsmi “Facebook” səhifəsində məlumat yerləşdirilib.

Zelenski qeyd edib ki, Kanada Ukraynanı dəstəkləyən ölkələr sırasında yer alır: “Baş nazir Trüdonun səfəri böyük əhəmiyyət kəsb edir”.

Müəllif: Ayna.az