Siyasətçi bu qərarı vəzifəyə gəldikdən 6 həftə sonra verib
Liz Trass Böyük Britaniyanın Baş naziri vəzifəsini tərk edib. AYNA xəbər verir ki, bu barədə "Sky News" məlumat yayıb.
Bildirilir ki, siyasətçi bu qərarı vəzifəyə gəldikdən 6 həftə sonra verib.
Qeyd olunur ki, bəzi deputatlar açıq şəkildə Trasssın istefasını tələb ediblər.
Başqa mənbənin məlumatına görə, Trass Baş nazir vəzifəsini icra edə bilməyəcəyini söyləyib. Onun Kral Çarlzla da danışdığı və qərarını bildirdiyi də vurğulanıb.