"İnanıram ki, seçkiləri saxtalaşdırdıqları üçün yenidən namizəd olmaq hüququm var"
ABŞ Prezidenti Donald Tramp 2020-ci il seçkilərinin saxtalaşdırıldığını iddia etdiyi üçün üçüncü müddətə prezidentliyə namizədliyini irəli sürmək hüququna malik olduğunu deyib. AYNA.AZ CNN-ə istinadən bildirir ki, bu barədə Tramp Ayova ştatındakı mitinqdə çıxışında bildirib.
Əvvəlcə, Tramp çıxışında konstitusiyaya görə yenidən namizədliyini irəli sürmək hüququndan məhrum olduğunu etiraf edib. O, ABŞ Konstitusiyasına bir şəxsin iki müddətdən çox olmayaraq prezident vəzifəsində çalışmasına icazə verən 22-ci düzəlişi nəzərdə tutub.
Lakin Tramp həmçinin bunun əksini bildirib.
Tramp deyib: "İnanıram ki, seçkiləri saxtalaşdırdıqları üçün yenidən namizəd olmaq hüququm var".
Avqust ayında Tramp sosial media səhifəsi olan “Truth Social”da növbəti seçkilərdə iştirak edəcəyinə işarə edən bir şəkil paylaşıb. Şəkildə siyasətçinin MAGA tərəfdarlarının qarşısında dayandığı görünür. Altındakı başlıqda "Tramp 2028. Amerikanı yenidən möhtəşəm et" yazılıb.
ABŞ-ın hazırkı Prezidenti dəfələrlə ABŞ Konstitusiyasına 22-ci düzəlişlə müəyyən edilmiş qadağaya baxmayaraq, üçüncü müddətə prezidentliyə namizədliyini irəli sürməyi düşündüyünü bildirib.