Tramp köşə yazarını zorlamaqda ittiham olunur

Dünya

24.04.2023 - 13:14

cedabet dərman SEO Xidməti

Siyasətçi hadisənin olmadığını və köşə yazarının bunu piar üçün uydurduğunu bildirib

ABŞ-ın keçmiş Prezidenti Donald Tramp 1990-cı illərdə paltar mağazasının soyunub-geyinmə otağında qıza təcavüz etdiyi iddiası üz-üzə qalıb. AYNA xəbər verir ki, bu barədə “The Wall Street Journal” yazıb.

İddiaya görə, siyasətçi köşə yazarı Ceyn Kerrollu zorlayıb. İşə Nyu Yorkda federal münsiflər heyəti baxacaq. İşlə bağlı iki qadın şahid qismində dindiriləcək.

Trampın federal münsiflər heyəti qarşısına çıxıb-çıxmayacağı dəqiqləşməyib. Vəkilləri onun iştirak etmək istədiyini, lakin bunun şəhərdə təhlükəsizlik problemləri yaradacağını söyləyiblər.

Siyasətçi isə hadisənin olmadığını və köşə yazarının bunu piar üçün uydurduğunu bildirib.

Kerroll isə deyib ki, ona qarşı zorlama hadisəsi Manhettendə Berqdorf Qudman mağazasının paltardəyişmə otağında 1995-ci ilin sonu və ya 1996-cı ilin əvvəlində baş verib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş