Tramp keçmiş demokratı kəşfiyyatın rəhbəri seçib

Dünya

14.11.2024 - 13:35

Həkimlər Klinikalar SEO Xidməti

Tulsi Qabbardı ABŞ Milli Kəşfiyyatının direktoru postuna təyin edəcək

ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp Nümayəndələr Palatasının keçmiş demokrat üzvü Tulsi Qabbardı Milli Kəşfiyyatın direktoru vəzifəsinə seçib. AYNA xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

“Mən bilirəm ki, Tulsi bizim konstitusiya hüquqlarımızı müdafiə edərək və güc yolu ilə sülhü təmin edən kəşfiyyatımıza qorxmaz ruhu gətirəcək”, - deyə Tramp bildirib.

Qabbard uzun müddət Havay ştatını Nümayəndələr Palatasında təmsil edib və 2020-ci ildə prezidentlik üçün Demokratlar Partiyasının praymerizində iştirak edib. 2022-ci ildə Qabbard ideoloji fərqlərə görə Demokratlar Partiyasından istefa verdiyini açıqlayıb və iki il sonra prezident seçkilərində Trampı dəstəkləyib.

Bundan əvvəl Tramp Pentaqonun rəhbəri postuna amerikalı teleaparıcı və keçmiş hərbçi Pit Heqseti təklif edib. Respublikaçı bildirib ki, Heqseti "sərt, ağıllı və Amerikanı birinci yerə qoymağa inanır".

Müəllif: Ayna.az