Tramp dələduzluq işinə görə 175 milyon dollar girov qoyub

Dünya

02.04.2024 - 15:53

cedabet dərman SEO Xidməti

Bu, sabiq Prezidentə əmlak müsadirəsindən yayınmağa imkan verir

ABŞ-ın keçmiş Prezidenti Donald Tramp Nyu-Yorkda biznes dələduzluğu ilə bağlı məhkəmə qərarına əsasən, 175 milyon dollar məbləğində girov qoyub. AYNA xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Bildirilib ki, bu, ona əmlak müsadirəsindən yayınmağa imkan verir.

Fevral ayında Nyu York məhkəməsi Trampı mülki fırıldaqçılıq işində təqsirli bilib. Qərarda müəyyən edilib ki, keçmiş Prezident bankları çaşdırmaq və daha yaxşı kredit şərtləri əldə etmək üçün on il ərzində öz aktivlərinin dəyərini şişirdib.

Siyasətçi onun şirkətinə 355 milyon dollar cərimə ödəməyə məcbur edilib, həmçinin Trampa növbəti üç il ərzində Nyu-Yorkda qeydiyyatdan keçmiş hər hansı korporasiyada rəhbər vəzifələrdə işləmək qadağan edilib. Faizlər daxil olmaqla, ümumi cərimə 454 milyon dollar təşkil edib.

Tramp məhkəmənin qərarından apellyasiya şikayəti verib.

Keçən həftə Nyu York apellyasiya məhkəməsi onun girovunu 175 milyon dollara endirib. Siyasətçiyə məhkəmə qərarını yerinə yetirmək üçün 10 gün vaxt verilib. Girov ödənilməsə, Nyu York baş prokuroru Trampın aktivlərinə həbs qoymağa başlaya bilər.

BBC yazır ki, onun bütün daşınmaz əmlakı, o cümlədən Manhettendəki “Trump Tower” göydələni və Floridadakı Mar-a-Laqo mülkü müsadirə olunmaq təhlükəsi ilə üzləşə bilər.

Qeyd edək ki, ümumilikdə, Tramp dörd iş üzrə ittiham olunur. Respublikaçılar Partiyasından yenidən prezidentliyə namizədliyini irəli sürən Tramp bütün ittihamları əsassız hesab edir və onları siyasi səbəblərlə bağlayır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş