Tramp Çinin qərarından narazıdır: “Hər bir hiylədən istifadə edir”

Dünya

09.04.2025 - 11:57

Həkimlər Klinikalar SEO Xidməti

“Çinin Amerika mallarına cavab rüsumları beynəlxalq ticarət qaydalarını pozur”

 “Çinin Amerika mallarına cavab rüsumları beynəlxalq ticarət qaydalarını pozur”. AYNA.AZ xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp “Fox News”a müsahibəsində deyib.

Tramp qeyd edib ki, Çin tariflərin təsirini kompensasiya etmək üçün “hər bir hiylədən istifadə edir” və valyuta ilə manipulyasiya edir. O, bunun "qaydalara uyğun olmadığını" vurğulayıb.

Ağ Evin rəhbəri etiraf edib ki, Çin aprelin 9-da qüvvəyə minməli olan 104% həcmində Çin mallarına əlavə rüsumların ləğvi ilə bağlı razılığa gələ bilər. Bununla belə, Tramp əlavə edib ki, Pekin danışıqlara necə başlayacağını bilmir, çünki "onlar qürurlu insanlardır".

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş