Tovuzdakı mövqelərimiz atəşə tutulub

Xəbərlər

18.11.2021 - 12:23

Həkimlər Klinikalar SEO Xidməti

Qarşı tərəf cavab atəşi ilə susdurulub

Ermənistan silahlı qüvvələrinin bölmələri noyabrın 17-si saat 17:54-dən 22:52-dək Şəmşəddin rayonunun Çinarlı, Muğancıq kəndləri istiqamətində yerləşən mövqelərindən Tovuz rayonunun Muncuqlu, Ağbulaq, Qoşa, Koxanəbi və Əsrik Cırdaxan kəndləri istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini fasilələrlə müxtəlif çaplı atıcı silahlardan atəşə tutublar.

AYNA xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Məlumatda qeyd edilib ki, qarşı tərəf cavab atəşi ilə susdurulub.

 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş