Tovuzda yaşlı qadın dəm qazından ölüb

Hadisə

01.12.2023 - 22:58

Rahilə Dəmirova vanna otağında dəm qazından zəhərlənərək ölüb

Tovuzda zəhərlənmə faktı qeydə alınıb. AYNA-nın APA-ya istinadən məlumatına görə, hadisə Tovuz şəhərin Əhməd Cavad küçəsində qeydə alınıb.

1954-cü il təvəllüdlü Rahilə Dəmirova yaşadığı evin vanna otağında dəm qazından zəhərlənərək ölüb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az