Yaxınlıqdakı köməkçi tikililər yanğından mühafizə olunub
Tovuzda üç otaqlı ev yanıb. AYNA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.
Qeyd edilib ki, Tovuz rayonunun Aşağı Quşcu kəndində ümumi sahəsi 144 kvadratmetr olan taxta konstruksiyadan ibarət kürsülü, birmərtəbəli üç otaqlı evin yanar konstruksiyaları yanıb.
Yaxınlıqdakı köməkçi tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.