Hadisədə iki nəfər xəsarət alıb
Tovuzda 1 nəfərin ölümü, 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
AYNA Azərtac-a istinadən xəbər verir ki, hadisə rayonun girişində yerləşən Olimpiya Kompleksinin qarşısında qeydə alınıb. Hərəkətdə olan iki "VAZ 2106" markalı avtomobil toqquşub.
Qəza zamanı 31 yaşlı Tovuz sakini Fəxri Əfəndiyev ölüb. Hadisə zamanı Hümbət Həsənov və onun həyat yoldaşı Nübar Həsənova müxtəlif bədən xəsarətləri alaraq Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Hadisə yerinə təcili tibbi yardım briqadası və DYP əməkdaşları cəlb olunub.