“Mançester Siti” səfərdə “Nyukasl Yunayted” komandasının qonağı olub
Dekabrın 19-da futbol üzrə İngiltərə Premyer Liqasının 18-ci turunun mərkəzi qarşılaşması keçirilib.
AYNAxəbər verir ki, “Tottehem” öz meydanında “Liverpul” komandasını qəbul edib.
Gərgin keçən görüşdə qalib müəyyənləşməyib - 2:2.
Bu nəticədən sonra xal etiyatını 41-ə çatdıran “Liverpul” ikinci, “Tottenhem” isə 26 xalla yeddinci yerdə qərarlaşıb.
“Mançester Siti” səfərdə “Nyukasl Yunayted” komandasının qonağı olub. Görüş Mançester təmsilçisinin böyük hesablı qələbəsi ilə başa çatıb - 0:4. Pep Qvardiolanın yetirmələrinin heyətində Ruben Dias, Joao Kanselo, Riyad Mahrez və Rahim Sterlinq fərqləniblər.
Günün digər görüşü ötən tur liderliyini əldən verən “Çelsi” və “Volverhemton” komandaları arasında baş tutub. Gərgin keçən qarşılaşmada hesab açılmayıb. London təmsilçisi ardıcıl iki turdur ki, qələbə qazana bilmir.
Qeyd edək ki, İngiltərə Premyer Liqasında XVIII turun 4 oyunu koronavirusa yoluxma hallarının artması səbəbindən təxirə salınıb.
"Sautgempton" - "Brentford", "Uotford" - "Kristal Pelas", "Vest Hem" - "Norviç" və "Everton" - "Lester" görüşləri planlaşdırılan vaxtda baş tutmayacaq.
Xatırladaq ki, daha əvvəl "Börnli" - "Uotford", "Tottenhem" - "Lester Siti" və "Mançester Yunayted" - "Brayton" matçları eyni səbəbə görə təxirə düşüb.