Türkiyə cırtdan dövlət üzərində çətinliklə qələbə qazandı

İdman

08.09.2019 - 00:53

Türkiyə millisi isə 12 xalla 2-ci pillədə qərarlaşıb

 

Avro 2020 çərçivəsində Türkiyə və Andorra milli komandaları arasında baş tutan oyun sona çatıb. AYNA xəbər verir ki, oyun bir sıra maraqlı anlarla yadda qalıb.

 

Belə ki, Türkiyə yığması matçı nə az, nə çox, düz 95 dəqiqə rəqib komandanın qapısı ağzında keçirib. Cırtdan dövlətin təmsilçiləri də öz növbəsində bir o qədər vaxt müdafiə olunmaqla məşğul olub. 

 

Oyunu doğma meydanda keçirməsinə baxmayaraq, 95 dəqiqə baş tutan oyunda Türkiyə millisi cəmi bir dəfə fərqlənməyə nail olub. Sonradan meydana daxil olan Ozan Tufan 89-cu dəqiqədə çətinliklə də olsa, Türkiyə millisini hesabda önə çıxarıb və bu oyunda yeganə qol olub.

 

Qeyd edək ki, bu, H qrupunda yer alan komandaların sayca 5-ci qarşılaşması idi. Andorra komandası bu nəticədən sonra 5 oyuna 0 xal toplamaqla sonuncu, Türkiyə millisi isə 12 xalla 2-ci pillədə qərarlaşıb.

Müəllif: Mərahim Nəsib