Tokayev konstitusiyada göstərilmiş müddətdən artıq prezident olmayacağını açıqlayıb

Dünya

30.01.2022 - 03:19

Həkimlər Klinikalar SEO Xidməti

Qazaxıstan Prezidenti: "Konstitusiyanın dəyişdirilməsi baş verməyəcək"

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev konstitusiya ilə müəyyən edilmiş iki müddətdən artıq dövlət başçısı olmayacağını bildirib.

AYNA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, o, bu barədə “Xabar 24” kanalına müsahibəsində deyib.

“Mən bilmirəm nə qədər müddət Qazaxıstanın Prezidenti olaraq qalacağam, lakin bir məsələdə əminəm ki, bu, hazırkı konstitusiyanın müəyyən etdiyi iki dəfədən artıq müddəti keçməyəcək. Daha doğrusu hansısa qanunun, xüsusilə də konstitusiyanın dəyişdirilməsi baş verməyəcək”, - Prezident vurğulayıb.

Qazaxıstanın dövlət başçısı eks-prezident Nursultan Nazarbayevın imtiyazları ilə bağlı hər hansı sövdələşmə aparılmadığını qeyd edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş