“The Washington Post”: Rusiyanı təcrid etmək cəhdləri iflasa uğradı

Dünya

23.02.2023 - 15:14

cedabet dərman SEO Xidməti

"Çoxlu sübutlar Qərbin Rusiyanı təcrid etmək cəhdlərinin uğursuz olduğunu göstərir"

ABŞ-ın “The Washington Post” qəzetinin jurnalistləri Rusiyanı təcrid etmək cəhdlərinin uğursuz olduğunu yazıblar. AYNA xəbər verir ki, müvafiq material nəşrin saytında yer alıb.

Ekspertlərin fikrincə, Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsinin yaratdığı məsələlərdə Avropa ölkələri ilə ABŞ-ın fikirləri üst-üstə düşmür. 

“Ukraynadakı münaqişə dərin qlobal bölünməni və sürətlə dəyişən dünya düzənində ABŞ-ın təsirinin sərhədlərini üzə çıxarıb. Çoxlu dəlillər Rusiyanı təcrid etmək cəhdlərinin uğursuzluğuna dəlalət edir”, - deyə qəzetdəki məqalədə vurğulanıb.

Həmçinin məqalə müəllifləri xatırladıblar ki, son vaxtlar Hindistan Rusiya ilə ticarətin həcmini artırıb: "Bundan əlavə, son altı həftə ərzində Rusiyanın xarici işlər naziri Serey Lavrov Afrika və Yaxın Şərqin 9 ölkəsində qəbul edilib. Eyni zamanda, Cənubi Afrikanın xarici işlər naziri Naledi Pandor onların görüşünü "gözəl" adlandırıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş