“Rusiyanın qonşularına Avropa İttifaqı və ABŞ-dan silah tədarükünün artması heyrətamizdir”
Rusiya sanksiyalara baxmayaraq, hər il minlərlə Qərb istehsalı olan snayperləri və milyonlarla mərmi almağa davam edir. AYNA xəbər verir ki, bu barədə “The Insider” yazıb.
Nəşrin məlumatına görə, Rusiyaya birbaşa tədarükün dayandırılmasından sonra Avropa İttifaqı və ABŞ şirkətləri Ermənistana və sonradan silahların Rusiyaya ötürə biləcək bir sıra digər ölkələrə silah ixracını əhəmiyyətli dərəcədə artırıblar.
Məlumatda qeyd edilir ki, Rusiyanın qonşularına Avropa İttifaqı və ABŞ-dan tədarükün artması heyrətamizdir. Məsələn, “The Insider”in məlumatına görə, İtaliyadan Ermənistana snayper və ov tüfənglərinin ixracı 2019-cu ildəki 68 silahdan 2023-cü ildə 1862-yə yüksəlib.