100 minə yaxın etirazçı Qəzzadakı girovların azad edilməsini tələb edib
Təl-Əvivin mərkəzində on minlərlə israillinin qatıldığı mitinqlər keçirilib. AYNA xarici mediaya istinadən bildirir ki, etirazçılar Qəzza zolağında əlli gündür HƏMAS-ın əsirliyində olan bütün girovların azad edilməsini tələb ediblər.
Oktyabrın 7-də girov götürülmüş israillilərin qohumlarına dəstək verən “Qaçırılan və İtkin Olunmuş Ailələr Forumu” könüllü təşkilatının məlumatına görə, mitinqə 100 minə yaxın insan gəlib.
Mitinq Müdafiə Nazirliyinin qərargahından bir qədər aralıda, şəhər İncəsənət Muzeyinin qarşısındakı meydanda baş tutub.