Bunun müqabilində İran tərəfi nüvə proqramını məhdudlaşdırmağa razıdır
İran ABŞ-la danışıqlarda sanksiyaları yumşaltmağı tələb edib. AYNA.AZ xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) Vaşinqton-Tehran görüşündən xəbərdar olan mənbələrə istinadən yazıb.
Qeyd olunub ki, bunun müqabilində İran tərəfi nüvə proqramını məhdudlaşdırmağa razı olacağını bəyan edib.
Məlumata görə, Tehran Vaşinqtondan Çin neft alıcıları və nüvə sektoru ilə bağlı sanksiyaları yumşaltmağı tələb edir. Bunun müqabilində İran və Avropa rəsmiləri bildirirlər ki, ölkə 2015-ci il Vyana nüvə razılaşmasının tələb etdiyi uranın zənginləşdirilməsi səviyyəsinə qayıda bilər.
Yanvar ayında vəzifəyə başlayandan bəri ABŞ Prezidenti Donald Tramp İrana nüvə sazişi üzrə danışıqları bərpa etməsi üçün təzyiq edib. Yeni saziş Vaşinqtonun 2018-ci ildə onun təşəbbüsü ilə geri çəkildiyi sazişi əvəz etmək üçün nəzərdə tutulub.
Hətta İran nümayəndə heyəti ilə görüşdən əvvəl ABŞ-ın xüsusi nümayəndəsi Stiv Vitkoff cari nüvə proqramının məhdudlaşdırılmasında israrlı olacağını açıqlamışdı.