Təhlükəli virusla bağlı yeni iddia

Dünya

08.04.2020 - 13:44

Professor koronavirusun donuzlardan insanlara yoluxduğunu deyir

 

Türkiyənin Medipol Universitetinin professoru Fevzi Sefa Dereköy koronavirusla bağlı yeni iddia ortaya atıb. AYNA Türkiyə mediasına istinadən xəbər verir ki, professorun qənaətinə görə, 1960-cı illərdə koronavirus daha çox donuzlar arasında yayılıb.

 

“İllər əvvəl donuzlar bu virusdan kütləvi tələf olub. İndi də eynilə insanlar arasında yayılır və can alır”, - alim deyib.

 

Onun araşdırmasına görə, koronavirus donuz və çiy donuz məhsullarından istifadə zamanı meydana çıxıb və insan yoluxub: “Virus insan hüceyrələrindəki reseptorlara keçə bildiyindən yoluxma baş verib. 2018-ci ilin avqustundan sonrakı 19 ay ərzində “Afrika donuz hərarəti” adlı xəstəlik donuzlar arasında yayılmışdı ki, bu xəstəlik də Çində donuz təsərrüfatlarının çoxunu məhv etdi. Dünyaya donuz ixracının 39%-inin Çinə aid olduğunu nəzərə alsaq, virusun da haradan gəldiyini təxmin etmək olar”.

 

Türkiyəli professor fikirlərini əsaslandıraraq qeyd edib ki, donuzlar arasında xəstəliyin yayılması o vaxtlar ABŞ-da da qeydə alınmışdı: “O vaxt bu səbəbdən donuz məhsullarının keçdiyi yerlər, hətta maşınlar dezinfeksiya olunurdu. Hətta, o zaman virusun insana keçmə ehtimalları da vardı. Çoxu buna inanmasa da, bu gün virusun Çində yarandıqdan sonra ABŞ-da sürətli artması belə izah oluna bilər”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş