Taxtakörpü-Ceyranbatan su kanalında batan kişinin meyiti tapılıb

Xəbərlər

21.04.2024 - 12:08

İbrahim Əliyevin axtarışları FHN-in qüvvələri tərəfindən intensiv şəkildə davam etdirilir

Ötən gün axşam saatlarında Taxtakörpü-Ceyranbatan su kanalının Sumqayıt şəhəri ərazisindən keçən hissəsində batmış 1997-ci il təvəllüdlü Zeynalabdin Hüseyn oğlu Həsənovun meyiti aidiyyəti üzrə təhvil verilib.  AYNA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

Qeyd olunub ki, gecə saatlarında kanalın Ceyranbatan su anbarı ilə birləşən hissəsində aşkar olunmuş cəsəd FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri tərəfindən sudan çıxarılıb.

Bundan əlavə, Ceyranbatan su kanalının Sumqayıt şəhərinin “Stansiya Sumqayıt” adlanan ərazisindən keçən hissəsində batdığı ehtimal olunan 2011-ci il təvəllüdlü İbrahim Samir oğlu Əliyevin axtarışları FHN-in qüvvələri tərəfindən intensiv şəkildə davam etdirilir.

Müəllif: Ayna.az