“Taxıl sazişi”nin müddəti uzadılıb: Kreml təsdiqlədi

Dünya

18.05.2023 - 15:22

cedabet dərman SEO Xidməti

Peskov sazişin müddətinin iki ay uzadıldığını təsdiqləyib

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov BMT, Ukrayna və Türkiyə ilə imzalanan “Taxıl sazişi”nin iki ay müddətinə uzadıldığını təsdiqləyib. Bu barədə AYNA “Reuters”ə istinadən xəbər verir.

Kreml hesab edir ki, danışıqlar “nisbi nəticələr” verib. Bu, yəqin ki, “Rosselxozbank”ın SWIFT-ə qoşulma imkanından gedir.

Peskov hesab edir ki, bankdan sanksiyaların götürülməsinə ümid var.

Rusiyanın ammonyak tədarükü probleminin həllinə gəlincə, Prezidentin sözçüsü qeyd edib ki, məsələnin üzərində iş davam edir.

Mayın 17-də sazişin uzadılmasını Rusiya Xarici İşlər Nazirliyi də təsdiqləyib. Nazirliyin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, 2022-ci il İstanbul razılaşmalarının fundamental qiymətləndirmələri dəyişməyib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş