Tarixçi-alim, jurnalist Rəşad Rüstəmov vəfat edib

Xəbərlər

20.09.2022 - 13:35

53 yaşında dünyasını dəyişən əməkdaşımız Bakıda dəfn olunub

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru,  "Ayna-Zerkalo" qəzetinin əməkdaşı Rəşad Rüstəmov vəfat edib. Əməkdaşımız bu gün dünyasını dəyişib. 

53 yaşında vəfat edən alim R.Rüstəmov bu gün Bakıda dəfn edilib.

Qeyd edək ki, alim gəncliyindən həm də jurnalist kimi fəaliyyət göstərib, "Ayna-Zerkalo" qəzetində və digər kütləvi informasiya vasitələrində çalışıb.

Kollektivimiz adından R.Rüstəmovun yaxınlarına, əzizlərinə başsağlığı veririk. 

Allah rəhmət eləsin!

 

Müəllif: Ayna.az