Tanklarımız maneələri dəf edib – VİDEO

Xəbərlər

28.03.2023 - 10:49

Bölmələrin döyüş hazırlığı təkmilləşdirilir

Azərbaycan Ordusunda 2023-cü ilin hazırlıq planına əsasən ümumqoşun poliqonunda tank bölmələri ilə döyüş hazırlığı üzrə müxtəlif çalışmalar yerinə yetirilib. Bu barədə AYNA-ya Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətindən məlumat verilib.

Tank heyətləri ərazidə təbii və süni maneələrin dəf edilməsi, döyüş maşınlarının idarə olunması, şərti düşmən hədəflərinin yerindən və hərəkətdə məhv edilməsi üzrə qarşıya qoyulan tapşırıqları müvəffəqiyyətlə yerinə yetiriblər.

Hərbi qulluqçuların bilik və bacarıqlarının artırılması, eləcə də döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədilə keçirilən təlimlər davam edir.

Müəllif: Ayna.az