Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir
Yanvarın 17-si saat 01 radələrində paytaxtın Nərimanov rayonunda, Əliyar Əliyev küçəsində 1977-ci il təvəllüdlü İsa Əbdüləzimova xəsarətlər yetirilməsi və onun xəstəxanaya aparılarkən aldığı xəsarətlərdən yolda ölməsi barədə rayon prokurorluğuna məlumat verilib.
Nərimanov Rayon Prokurorluğunun AYNA-ya daxil olan məlumatda bildirilib ki, aparılmış araşdırmalarla zərərçəkmişlərin tanışı 1974-cü il təvəllüdlü Şəmşad Əhmədovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla İsa Əbdüləzimova xəsarətlər yetirməsinə əsaslı şübhələr müəyyənləşdirilib.
Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Şəmşad Əhmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub. Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.