Tanınmış politoloqun səhhəti üçüncü peyvənddən sonra pisləşib

Xəbərlər

05.05.2022 - 14:27

Həkimlər Klinikalar SEO Xidməti

Qabil Hüseynli 10 gün xəstəxanada yatsa da, səhhətində heç bir irəliləyiş olmayıb

Tanınmış politoloq, professor Qabil Hüseynlinin səhhəti 3-cü doza peyvənddən sonra pisləşib. 

AYNA xəbər verir ki, bu barədə astroloq Səbuhi Rəhimli sosial şəbəkə hesabında yazıb. 

Onun sözlərinə görə, politoloq 10 gün xəstəxanada yatsa da, səhhətində heç bir irəliləyiş olmayıb: "Deyir həkimlərə sübut edə bilmirəm ki, bu fəsadlar 3-cü peyvənddən sonra əmələ gəlib". 

"Gəlin, diqqəti onun normal müalicə almasına yönəldək, məsələni ictimailəşdirək. Qabil Hüseynli məsuliyyətli adamdır, ən ağır durumda olsa belə, tele-dəvətləri heç vaxt təxirə salmır. Biz də bu məsuliyyəti onun özünə qarşı göstərməliyik. Allah şəfa versin!", - deyə Rəhimli qeyd edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş