Tanınmış aktyor reanimasiyaya yerləşdirilib

Dünya

09.09.2020 - 00:53

"Həkimlər vəziyyəti nəzarətə götürüblər"

 

Rusiyanın Xalq artisti Yuri Nazarov reanimasiyaya yerləşdirilib.

 

AYNA “RİA Novosti”yə istinadən xəbər verir ki, aktyor Covid-19-a yoluxub. Bu barədə Nazarovun qızı Tatyana məlumat verib:

 

“Atam reanimasiyadadır, vəziyyəti kritik deyil. Həkimlər vəziyyəti nəzarətə götürüblər. Süni tənəffüs cihazına qoşulmayıb”.

 

Qeyd edək ki, aktyorun 83 yaşı var.

Müəllif: Ayna.az