Düşənbənin mərkəzində bir neçə saniyə ərzində zəif təkanlar hiss edilib
Tacikistanda 6,1 bal gücündə zəlzələ olub. AYNA.AZ xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Bildirilib ki, yeraltı təkanların episentri Xucənd şəhərindən 170 km cənubda yerləşib. Mənbə 15 km dərinlikdə yerləşib.
Eyni zamanda, Mərkəzi Asiyada baş verən zəlzələləri izləyən Özbəkistan Fövqəladə Hallar Nazirliyinin seysmik proqnozlaşdırma mərkəzinin məlumatına görə, maqnituda 5,8 olub.
Düşənbənin mərkəzində bir neçə saniyə ərzində zəif təkanlar hiss edilib. Tələfat və dağıntılar barədə məlumat yoxdur.