Şuşada Üzeyir Hacıbəylinin heykəli ucaldılacaq - <font color=red> VİDEO</font>

Mədəniyyət

05.07.2021 - 18:56

Hazırda Bakıda emalatxanada heykəlin hazırlanma prosesi gedir

 

Heydər Əliyev Fondu tərəfindən Şuşada görkəmli bəstəkar Üzeyir Hacıbəylinin heykəli ucaldılacaq.

 

Fonddan AYNA-ya verilən məlumata görə, hazırda Bakıda emalatxanada heykəlin hazırlanma prosesi gedir.

 

Şuşa şəhərinin işğalı zamanı ermənilər tərəfindən dağıdılan heykəlin yerində ucaldılacaq abidə bəstəkarın 100 illiyi münasibətilə Şuşada ucaldılan və müəllifi heykəltaraş Əhməd Salikov olan bürünc heykəlin surəti əsasında yaradılır.

 

Heykəlin üzərində işlər 18 Sentyabr - dahi bəstəkarın doğum günü və Musiqi Gününə qədər başa çatdırılacaq.

Müəllif: Ayna.az