Bakıda ilk dəfə “Gözəl və Vəhşi”

Mədəniyyət

26.09.2024 - 22:48

Həkimlər Klinikalar SEO Xidməti

Rus Dram Teatrının səhnəsində məşhur uşaq musiqili “Gözəl və Vəhşi” tamaşası nümayiş olunacaq

Oktyabrın 27-də Bakıda ilk dəfə olaraq yalnız Rus Dram Teatrının səhnəsində məşhur uşaq musiqili “Gözəl və Vəhşi” tamaşası nümayiş olunacaq. AYNA xəbər verir ki, bu barədə teatrdan bildirilib.

Beynəlxalq Musiqi Təhsili Mərkəzinin (IMEC) gənc sənətçiləri səhnəyə çıxacaqlar. Musiqili tamaşa sevginin və dostluğun istənilən maneələri dəf edən gücündən bəhs edir. İnanılmaz performans, möhtəşəm parlaq kostyumlar və dekorasiya, gözəl səs və işıq dizaynı, alovlu rəqslər və mahnılar... Təşkilatçılar əsl musiqi və incəsənət bayramı olacaq möhtəşəm şou vəd edir!

Biletləri teatrın kassalarından, həmçinin Iticket.az saytından onlayn əldə etmək olar. Tamaşa ingilis dilindədir.

Müəllif: Ayna.az