Baş Prokurorluq: "Hadisə yerində zəruri istintaq hərəkətləri həyata keçirilir"
Dekabrın 9-u Şuşa rayonu ərazisində 2 nəfər mülki şəxsin minaya düşməsi nəticəsində həlak olmaları barədə Rayon Prokurorluğuna məlumat daxil olub.
Baş Prokurorluğun Mətbuat Xidmətindən AYNA-ya verilən məlumata görə, hazırda faktla bağlı araşdırma aparılmaqla prokurorluq əməkdaşları tərəfindən hadisə yerində zəruri istintaq hərəkətləri həyata keçirilir.
İctimaiyyətə əlavə məlumat veriləcək.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə isə mina partlaması nəticəsində həlak olanlar Qobustan rayon sakini Orxan Xanatov və İsmayıllı rayon sakini Vüsal Qəndiyevdir.
Qeyd olunub ki, onlar bu gün səhər saat 9 radələrində Şuşa şəhərinin Daşaltı kəndi ərazisində tikinti-quruculuq işləri aparan zaman minaya düşərək həlak olublar. Faktla bağlı araşdırma aparılır.