Polis rəisi: "Səfər vaxtı haradasa döyüş sursatları görə bilərsiniz"
“Şuşa şəhəri minalardan tam təmizlənib, amma vətəndaşlar hər ehtimala qarşı ehtiyatlı olmalıdırlar”. AYNA “Report”a istinadən xəbər verir ki, bunu bu gündən həyata keçirilən Bakı-Şuşa-Bakı müntəzəm avtobus reyslərinin ilk sərnişinlərinin qarşılanma mərasimində şəhərin polis rəisi Səməd Məhərrəmov deyib.
“Vəzifə borcumdur ki, sizə bildirim - səfər vaxtı haradasa döyüş sursatları görə bilərsiniz. Bunu sizi müşayiət edən polis əməkdaşlarına dərhal bildirin”, - deyə o bildirib.