Suriyada 21 terrorçu zərərsizləşdirilib

Dünya

13.05.2022 - 08:49

Türkiyə Ordusu hücuma qarşı cavab tədbirləri görüb

PKK/YPG terrorçuları tərəfindən Suriyanın Ayn-El Ərəb bölgəsindən Türkiyənin Qaziantep vilayətinin Karkamış rayonu və Köprübatı Sərhəd Postu istiqamətində minaatanlardan atəş açılıb.

AYNA xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi açıqlama yayıb.

Nəticədə yaralanan Türkiyə hərbçilərindən biri xəstəxanada vəfat edib.

Türkiyə Ordusunun hücuma qarşı gördüyü cavab tədbirləri nəticəsində zərərsizləşdirilən terrorçuların sayı 21-ə yüksəlib.

Müəllif: Ayna.az