Suraxanıda oğurluq edən şəxslər saxlanılıb

Hadisə

27.03.2021 - 13:14

Həkimlər Klinikalar SEO Xidməti

Evdən 3 min manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb 

 

Bakıda oğurluqda şübhəli bilinən şəxslər saxlanılıb. DİN-in Mətbuat xidmətindən AYNA-ya verilən məlumata görə, əməliyyatı Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis şöbəsi əməkdaşları keçiriblər.

 

Əməliyyat-axtarış tədbiri nəticəsində rayon ərazisindəki evlərin birindən 3 000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri S.Mustafayev, qardaşı S.Mustafayev və S.Məmmədov saxlanılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş