Sumqayıtda tibbi aksiya keçirilib

Xəbərlər

20.07.2022 - 12:08

Həkimlər Klinikalar SEO Xidməti

Müayinələr Sumqayıt Tibb Mərkəzində baş tutub

Sumqayıt Tibb Mərkəzinin (STM) təşkilatçılığı ilə aksiya keçirilib. Aksiyada terapevt, oftalmoloq, kardioloq və USM mütəxəssisləri tərəfindən 65 və yuxarı yaş qruplarından olan vətəndaşların müayinəsi həyata keçirilib.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən AYNA-ya verilən məlumata görə, müayinələr zamanı səhhətində problem müşahidə olunan vətəndaşlara müvafiq tövsiyələr verilib, tibbi göstərişlərə əsasən STM-in tabeliyində olan digər tibb müəssisələrinə istiqamətləndirilib.

Aksiyanın keçirilməsində əsas məqsəd, şəhərdən kənarda yerləşən yaşayış məntəqələrində yaşayan ahıl insanların tibbi xidmətə əlçatanlığını təmin etməkdir.

Tibbi aksiya zamanı aparılan müayinələr icbari tibbi sığorta çərçivəsində tamamilə ödənişsiz şəkildə həyata keçirilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş