Əvvəllər məhkum olunmuş şəxslər saxlanılıb
Sumqayıt Şəhər Polis İdarəsinin 5-ci polis bölməsinə aprelin 23-də saat 5 radələrində “BTZ” bağlar sahəsində yaşayan bir qadının evinə gəlmiş dörd nəfərin onu bıçaqla hədələyərək dolabdan içərisində 4900 manat olan pulqabısını talamaları barədə müraciət daxil olub.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən AYNA-ya verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar Vüqar Bəylərov və Turan Dadaşlı müəyyənləşdirilərək saxlanılıblar. Sumqayıt Şəhər Polis İdarəsində araşdırma aparılır.