Sumqayıtda qadın dəm qazından boğularaq ölüb

Hadisə

03.02.2024 - 14:17

Nailə Şükürova hamam otağında dəm qazından boğulub

Sumqayıtda 40 yaşlı qadın dəm qazından boğularaq ölüb. AYNA "Report"a istinadən xəbər verir ki, hadisə Yaşıldərə yaşayış massivində yerləşən fərdi evlərdən birində qeydə alınıb.

1984-cü il təvəllüdlü Nailə Qabil qızı Şükürova hamam otağında dəm qazından boğularaq ölüb.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.

Müəllif: Ayna.az