Polis baş serjantı xidməti silahdan açılan atəş nəticəsində ölüb
Sumqayıtda mühafizə polisinin əməkdaşı xidmətdə olarkən silahından açılan atəş nəticəsində həlak olub.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən AYNA-ya verilən məlumata görə, bu gün saat 11 radələrində Sumqayıt şəhər Mühafizə İdarəsinin əməkdaşı, polis baş serjantı Rahib Mütəllimov xidmətdə olarkən xidməti silahı ilə ehtiyatsız davranması nəticəsində açılan atəşdən xəsarət alıb. Hadisə nəticəsində R.Mütəllimov vəfat edib. Hazırda fakt araşdırılır.