Meyit aidiyyəti üzrə təhvil verilib
Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə Sumqayıtda bir nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat verilib.
FHN-in Mətbuat Xidmətindən AYNA-ya bildirilib ki, nazirliyin Sumqayıt Regional Mərkəzinin çağırış ünvanına cəlb olunan xilasetmə qüvvələri mənzilin giriş qapısını açıblar.
Mənzildə 1962-ci il təvəllüdlü Hüseynova Həqiqət Sərdar qızının meyiti aşkarlanıb. Meyit aidiyyəti üzrə təhvil verilib.