Sumqayıtda kütləvi zəhərlənmə olub

Hadisə

09.02.2024 - 00:31

Xəstəxanaya yerləşdirilən 4 nəfərin vəziyyəti orta ağırdır

Fervaeən 8-i saat 17:50 radələrində Sumqayıt şəhərində yerləşən müəssisələrdən birində baş verən zəhərlənmə ilə bağlı Sumqayıt Tibb Mərkəzinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının 4 briqadası hadisə yerinə cəlb edilib.

Sumqayıt Tibb Mərkəzinin İctimaiyyətlə əlaqələr bölməsindən "Report"un yerli bürosuna məlumat verilib ki, hadisə nəticəsində 4 nəfər hospitalizasiya olunub. Dəm qazının toksiki təsiri diaqnozu ilə 1951, 1961, 1968 və 1996-cı il təvəllüdlü şəxslər (qadın cinsli) Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər.

1996-cı il təvəllüdlü şəxsə Reanimasiya şöbəsində, digərlərinə isə Təcili yardım şöbəsində zəruri tibbi yardım göstərilib, vəziyyətləri orta ağır qiymətləndirilir.

Müəllif: Ayna.az