Sumqayıtda kafedə yanğın olub

Hadisə

14.08.2023 - 12:03

Həkimlər Klinikalar SEO Xidməti

Yanğın mühafizə bölmələri tərəfindən söndürülüb

Sumqayıtda restoranda yanğın olub. AYNA xəbər verir ki, bu barədə barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən bildirilib.

Qeyd olunub ki, Sumqayıt şəhərində restoranın ərazisində ümumi sahələri 40 kvadratmetr və 20 kvadratmetr olan taxta konstruksiyalardan ibarət 2 ədəd kottec yanıb.

Yüksək temperaturdan yaxınlıqda ümumi sahəsi 10 kvadratmetr olan kottecin plastikdən ibarət qapı və pəncərəsi, ümumi sahəsi 30 kvadratmetr olan tikilinin plastikdən ibarət pəncərəsi əriyib. Kottec və tikilinin qalan hissəsi, ərazidə olan digər kotteclər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş