Ağac qırılıb və avtomobilə ciddi ziyan dəyib
Sumqayıt şəhərində avtomobil qəzaya uğrayıb. AYNA-nın "Report"a istinadən xəbərinə görə, hadisə bu gün şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.
Belə ki, yüksək sürətdə hərəkətdə olan "VAZ-21011" markalı nəqliyyat vasitəsi anidən idarəetmədən çıxaraq yolun kənarındakı ağaca çarpılıb. Nəticədə ağac qırılıb və avtomobilə ciddi ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.